Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

25 Noyabr 2026 00:18

Tanınmış aparıcı Azər Zahidin ölkədən çıxışına "stop" qoyulub.

Milli.Az Xitab24.az-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət daxil olub.

Ərizədə fiziki şəxs kimi fəaliyyət göstərən İsmayılov Azər Zahid oğlunun dövlət büdcəsinə ümumilikdə 7557,97 manat vergi borcu olduğu qeyd olunub.

Həmin borcun ödənilməsinin təmin edilməsi üçün aparıcının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi istənilib.

Məhkəmə dövlət qurumun ərizəsini təmin edib və Azər Zahidin vergi öhdəlikləri tam yerinə yetirilənədək ölkədən çıxışını müvəqqəti məhdudlaşdırıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)