Türkiyəli aktyor Çağatay Ulusoyun xarici görünüşü yenidən diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, çəkiliş meydançasından yayılan fotolarda aktyorun bir müddət əvvəl aldığı çəkini ataraq xeyli arıqladığı gözdən qaçmayıb.
Qeyd edək ki, Çağatay hazırda "Eşref tek" serialına çəkilir. O, bundan əvvəl "Eşref Rüya" adlı ekran işində eyni obrazı canlandırıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)