Brilyant niyə dəyərdən düşür? - (Video)

24 Noyabr 2026 23:24

İstənilən zinət əşyasının üzərində olan brilyant qaş həmin məmulatın qiymətini dəfələrlə artırır.

Amma həmin zinət əşyasını satmaq istəyəndə aldığın qiymətdən dəfələrlə aşağı satırsan.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 36 il zərgər kimi fəaliyyət göstərən Elnur Hüseynovun sözlərinə görə, dünya bazarında elə xırda brilyantlar var ki, bir neçə manata satılır. Çünki xırda qaşlardır. Onları baha qiymətə almağa dəyməz. Bu səbəbdən Azərbaycan bazarında da bu qaşlar çox ucuz alınır.

Hacı Əlizadə də deyir ki, balaca qaşlar xırda olduğuna və qırıntı sayıldığına görə qiyməti açağı olur.

Bildirilir ki, təkqaşlı üzüklər bütöv qaş sayılır. Bunlar daha dəyərlidir.

Bazarda bir karat brilyantın qiyməti isə 300 manatdır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)