Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən helikopter qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, bu haqda Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hərbi Hava Qüvvələrinə məxsus, təlim tapşırığı üçün Eskişehirdən havaya qalxan AS-532 tipli helikopter qəza edib.
Nazirlikdən verilən məlumata görə, helikopterin qalıqlarının yeri müəyyən edilib və hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)