"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze

24 Noyabr 2026 23:10

Əməkdar artist Manana Çaparidze bibisinin arzusunun gerçəkləşdirilməsindən danışıb.

Milli.Az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində söz açıb. O, bildirib ki, adını atasının doğma bacısı, bibisinin istəyinə əsasən qoyublar:

"Atamın doğma bacısı, bibim son günlərində anama dedi ki, qızın dünyaya gəlsə, xahiş edirəm, adını Manana qoy. O dövrdə əfsanəvi aktyorların iştirak etdiyi "Manana" filmi var idi. Musiqisevər, şən qız idi. Bu xüsusiyyətlərimiz bənzəyir. Anam da bibimin bu arzusunu yerinə yetirib.

Manana çox qədim addır. Göydən göndərilən ruzi anlayışındadır. Uşaqlıqdan qürurla bu adı daşımışam". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)