Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Əməkdar artisti Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Musiqi gecəsində Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Samir Cəfərov və Mənsum İbrahimov, Əməkdar artistlər Arzu Əliyeva, İlkin Əhmədov, Ramil Qasımov, Elnur Zeynalov, eləcə də Əliağa Sədiyev (tar) və Xəyyam Məmmədov (kamança) çıxış ediblər.
Konsert proqramında həmçinin Aytən Məhərrəmova, Məhəbbət Səfərov, Fuad Əzizzadə, Mirəli Sarızadə, Gülzar Fərəcova, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov və Habil İsmayılov iştirak ediblər.
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunan konsert Azərbaycan muğam sənətinin zəngin ənənələrinin, milli musiqi irsinin və ifaçılıq məktəbinin təbliği baxımından əlamətdar hadisə olub. Müxtəlif nəsilləri təmsil edən sənətkarların bir araya gəldiyi musiqi gecəsi tamaşaçılara unudulmaz sənət anları yaşadıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)