Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı

24 Noyabr 2026 16:41

Azərbaycan sərbəst güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb.

Milli.Az xəbər verir ki, idmançının dopinq nümunəsində qadağan edilmiş "19-norandrosterone" maddəsi aşkarlanıb.

Mustafazadə antidopinq qaydalarının 2.1-ci (idmançının nümunəsində qadağan edilmiş maddənin və ya onun metabolitlərinin, markerlərinin mövcudluğu) və 2.2-ci (qadağan edilmiş maddədən və ya üsuldan istifadə, yaxud istifadə cəhdi) bəndlərini pozmaqda təqsirli bilinib.

Güləşçinin diskvalifikasiya müddəti 30 aprel 2026-cı ildən başlayıb və 29 aprel 2029-cu ildə başa çatacaq.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)