Baş həkim işdən azad olundu

24 Noyabr 2026 16:15

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın baş həkimi İlqar Alıyev işdən azad edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Qeyd edək ki, İlqar Alıyev 2025-ci ildən bu vəzifədə çalışırdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)