Azərbaycanlı müğənnilər necə arıqlayırlar?

30 Avqust 2012 16:11
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, yerli telekanallardan biri bu məsələni araşdırmağa çalışıb.

Nadir Qafarzadə
deyib ki, formada qalmaq onun ən ağrılı yeridir. Çəkisi artanda onda komplekslər yaranır. Bu səbəbdən kalorili qidalardan uzaq olmağa çalışır.

Günel Ələkbərova
iki həftədən çoxdur ki, yalnız alma ilə qidalanır. Bu üsulla artıq çəkidən xilas olmaq istəyir.

Emil Bədəlov
bir neçə dəfə pəhriz saxlayıb. Buna baxmayaraq, ətrafındakı insanlar hərdən deyirlər ki, kökəlib.

Elza Seyidcahan
: "Çalışıram ki, axşam saat 6-dan sonra yemək yeməyim. İdmanla da məşğul oluram. Hazırda çəkim 60 kiloqramdır. Çəkiyə görə kompleksim yoxdur, çünki istədiyim vaxt arıqlaya bilirəm".

Hüseyn Dərya
isə deyib ki, yemək almağa pulu olmayanda arıqlayır.

İlhamə Qasımova
dietik kofe sayəsində arıqlayıb. O, idmanla da məşğul olub.

Abbas Bağırov
idmanla məşğul olmaqla arıqlamağa üstünlük verir.

Milli.Az