İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah"la keçirəcəyi oyun öncəsi Bakıya səfərindən görüntülər yayımlayıb.
Milli.Az xəbər verir ki, klubun rəsmi YouTube kanalında paylaşılan videoda komandanın Barselonadan yola düşməsi, təyyarədəki anlar və futbolçuların Bakıya çatması əks olunub.
Qeyd edək ki, "Barselona" noyabrın 25-də Bakı Olimpiya Stadionunda "Sabah"la üz-üzə gələcək. Qarşılaşma saat 21:45-də başlayacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)