Sevdiyi oğlana evlilik təklifi edən qız pərt oldu (Video)

25 Noyabr 2026 14:49

Özbəkistanın paytaxtı Daşkənddə romantik sürpriz kimi planlaşdırılan evlilik təklifi məyusedici hadisə ilə nəticələnib.

Milli.Az xəbər verir ki, gənc qız sevgilisinə restoranda xüsusi hazırlıq görərək "Marry me" yazısı ilə evlilik təklifi edib. Lakin gözlənilməz şəkildə oğlan onun təklifinə müsbət cavab verməyib və heç nə demədən məkanı tərk edib.

Sevgilisinin bu reaksiyası qarşısında sarsılan qız göz yaşlarına hakim ola bilməyib. Restoranın əməkdaşları və orada olan digər müştərilər onu sakitləşdirməyə çalışıblar.

Restoran rəhbərliyi isə baş verənlərin əvvəlcədən hazırlanmış reklam ssenarisi olmadığını açıqlayıb. Bildirilib ki, müəssisədə indiyədək belə bir hadisə yaşanmayıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)