Bakıda 29 yaşlı oğlan küçədə öldü

24 Noyabr 2026 16:00

Bakıda gənc oğlan küçədə vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 23-ü saat 12 radələrində Nəsimi rayonu Topçubaşov küçəsində baş verib.

Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü F.Nurəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti səkidə tapılıb.

Faktla bağlı araşdırmalar Nəsimi Rayon Prokurorluğu tərəfindən aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)