Azərbaycanda gənclərin hərbi hazırlığı ilə bağlı yeni qərar

24 Noyabr 2026 15:51

"Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə" təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədin mətni Nazirlər Kabinetinin rəsmi internet saytında dərc olunub.

Eyni zamanda "Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 360 (Cild I) ləğv edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)