Çinarə Məlikzadənin gizli istedadı üzə çıxdı – (Video)

24 Noyabr 2026 15:55

Müğənni Çinarə Məlikzadənin izləyicilərin çoxunun bilmədiyi bacarığı marağa səbəb olub.

Milli.Az xəbər verir ki, sənətçi "Sevilən səhər" verilişinin qonağı olarkən onun tanınmış ifaçıları canlandırdığı parodiya görüntüləri nümayiş etdirilib.

Çinarə Məlikzadə Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev və digər məşhur sənətçilərin obrazlarına girməklə diqqət çəkib. O, parodiyalarında yalnız ifaçıların geyim tərzini və səhnə davranışlarını deyil, eyni zamanda səslərini və danışıq üslublarını da məharətlə təqlid edib.

Görüntülər maraqla qarşılanıb və müğənninin bu bacarığı izləyicilərin diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)