Çində toy fotosessiyası zamanı baş verən gözlənilməz hadisə maraqlı görüntülərin ortaya çıxmasına səbəb olub.
Milli.Az xəbər verir ki, hadisə Henan əyalətinin Çjençjou şəhərində qeydə alınıb. İlk dəfə at belinə əyləşən gəlin çəkiliş zamanı heyvanın qəfil hərəkət etməsi ilə çətin anlar yaşayıb. Belə ki, yaxınlıqdan qaçan itin atı qorxutması nəticəsində heyvan idarəetmədən çıxaraq sürətlə hərəkət etməyə başlayıb.
Atın qəfil qaçdığını görən bəy və fotoqraf onu saxlamaq üçün arxasınca qaçmalı olublar.
Hadisənin sonu isə xoşbəxtliklə bitib. Atı bir müddət sonra saxlamaq mümkün olub, gəlin isə bu macəra zamanı heç bir xəsarət almayıb.
Toy fotosessiyasında yaşanan qeyri-adi hadisənin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)