Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az xəbər verir ki, hadisə zamanı "VAZ-21099" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)