Sabah Bakı metrosunun iş vaxtı uzadılacaq

24 Noyabr 2026 14:28

Noyabrın 25-də keçiriləcək "Sabah" - "Barselona" oyunu ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək.

Milli.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində baş tutacaq qarşılaşma ilə əlaqədar Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.

Bildirilib ki, stansiyalarda əlavə işçi qüvvəsi cəlb olunacaq və sərnişin axınına nəzarət gücləndiriləcək.

Matç başa çatdıqdan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin sıxlığına uyğun tənzimlənəcək.

Gün ərzində qatarlar payız-qış qrafiki əsasında hərəkət edəcək. Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə isə iş rejimi dəyişdirilməyəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)