Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - (Video)

24 Noyabr 2026 13:10

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın məşhur "Ay gəlinə bax, gəlinə" mahnısının erməni dilində ifa olunan versiyasını sosial şəbəkə hesabında yayımlayıb.

Milli.Az xəbər verir ki, Paşinyan paylaşımında Ermənistanın yeni Konstitusiya layihəsinin dərcinə və TRIPP layihəsinin təməlinin qoyulmasına hazırlıq getdiyini bildirib.

"Yeni Konstitusiya layihəsinin dərcinə və TRIPP-in təməlinin qoyulmasına hazırlaşırıq", - deyə o qeyd edib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)