ABŞ prezidenti Donald Trampın son doqquz ay ərzində "Nvidia" şirkətinin səhmləri ilə bağlı milyonlarla dollarlıq 30-dan çox alqı-satqı əməliyyatı həyata keçirdiyi bildirilir.
Məlumatlara görə, bu əməliyyatlar çərçivəsində şirkətin səhmlərinin alışı və satışı üzrə çoxsaylı müqavilələr imzalanıb. Ağ Ev isə yayılan məlumatları təkzib edib.
Bu arada, "Nvidia"nın baş direktoru Censen Huanqın sərvətində də kəskin artım qeydə alınıb. Onun şəxsi sərvəti bir gecədə təxminən 34 milyard dollar artaraq 143,8 milyard dollara yüksəlib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)