Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur

24 Noyabr 2026 12:01

Milli Məclisin bu gün keçirilən iclasında "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya qoşulmaq barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)