Tanınmış türkiyəli rok ifaçısı öldü

24 Noyabr 2026 11:42

Türkiyənin rok və metal musiqisi səhnəsinin tanınan vokalistlərindən Asena Özçetin həyatını itirib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 30 ildən artıq müddətdə müxtəlif musiqi qruplarında solist kimi fəaliyyət göstərən sənətçinin yol qəzası nəticəsində 53 yaşında vəfat etdiyi bildirilib. Onun ölümü musiqi ictimaiyyətində kədərlə qarşılanıb.

Asena Özçetinin vəfatından sonra musiqiçi Ogün Sanlısoy sosial şəbəkə hesabında onunla bağlı paylaşım edib.

O, mərhum sənətçiyə ünvanladığı vida sözlərində birlikdə duet oxumaq planlarının olduğunu xatırladıb:

"Axı duet edəcəkdik. Yaxşı ki, var idin. Nur içində mahnı oxu".

Qeyd edək ki, Asena Özçetin Türkiyənin rok və metal musiqisi sahəsində uzun illər fəaliyyət göstərən ifaçılarından biri olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)