DSX-nin əsgəri vəfat etdi

24 Noyabr 2026 10:48

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Xidmətin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, əsgər Kərimov Rəhman Rauf oğlu uzun sürən ağır xəstəlikdən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq vəfat edib.

DSX rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)