ABŞ-nin Kaliforniya ştatında helikopter qəzası baş verib.
Milli.Az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.
Məlumata görə, noyabrın 24-də yerli vaxtla saat 09:30 radələrində "Robinson R22" markalı helikopter təpənin yamacına çırpılıb. Nəticədə helikopterin göyərtəsində olan iki nəfər həyatını itirib.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Milli.Az