"Mehdi" saxlanıldı - (Foto)

24 Noyabr 2026 10:46

Türkiyənin İzmir şəhərində özünü "Mehdi" kimi təqdim edərək fırıldaqçılıqla məşğul olan şəxs saxlanılıb.

Milli.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İzmir prokurorluğu bildirib.
  
Bildirilir ki, özünü "Mehdi" kimi təqdim edən şəxs "şəfa vermək" vədi ilə bir ailəni 3 milyon lirə (101 min manata yaxın) dəyərində aldadıb, həmçinin qadına cinsi təcavüz və 3 yaş yarımlıq uşağa qarşı fiziki zorakılıq edib.
 
Mehdi D. adlı kişi Şanlıurfanın Ceylanpınar rayonunda saxlanlıb. Onun hadisə ilə əlaqəli olduqları ehtimal edilən anası, atası və bacısı da saxlanılıblar.

Qeyd edək ki, hadisə ilə bağlı bir televiziya kanalında yayımlanan xəbərdə irəli sürülən iddialar əsasında istintaq başlanıb.

Milli.Az