Polşada naməlum PUA qəzaya uğradı - Rusiya səfiri çağırılır

24 Noyabr 2026 10:20

Rusiyanın Polşadakı səfiri pilotsuz uçuş aparatı ilə bağlı baş verən insidentə görə Xarici İşlər Nazirliyinə çağırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, noyabrın 20-də Polşanın Lublin və Podkarpatski voyevodalıqlarında yaşayan sakinlər hava hücumu xəbərdarlığı ilə oyanıblar. Bundan sonra Polşa hakimiyyəti ölkənin hava məkanının pozulması ilə bağlı məlumat yayıb.

Həmçinin, media Ukrayna sərhədindən 46 kilometr məsafədə yerləşən Noviy Lipovets kəndində naməlum pilotsuz uçuş aparatının qəzaya uğradığını bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)