İstanbulda bələdiyyəyə əməliyyat - 10 nəfər saxlanıldı

24 Noyabr 2026 10:00

İstanbul polisi Kartal bələdiyyəsində şəhərsalma layihələri ilə bağlı aparılan istintaq çərçivəsində on nəfəri saxlayıb.

Milli.Az xəbər verir ki, bu barədə İstanbul Anadolu Baş Prokurorluğu məlumat yayıb.  

İddialara görə, bələdiyyə rəsmiləri binalara baş çəkmədən hesabatları təsdiqləyiblər və şübhəlilərin bank hesablarında yüksək əməliyyat həcmləri aşkarlanıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)