"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülər bu dəfə meydandankənar jesti ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, gənc futbolçu komanda yoldaşı İbrahima Konateyə Türkiyəyə məxsus məşhur Afyon sucuğu hədiyyə edib.
Konate isə Arda Gülərin bu sürprizini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O, hədiyyənin fotosunu "Instagram"ın hekayə bölümündə paylaşaraq futbolçunun jestini nümayiş etdirib.
Maraqlı hədiyyə sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)