Yeni avtobus svetoforlarında hansı işıq nə deməkdir? - (Foto)

24 Noyabr 2026 09:34

İlk dəfə quraşdırılacaq avtobus svetoforlarının hərəkət qaydaları açıqlandı

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeni svetoforların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.

Qeyd olunub ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı fotoməlumat vasitəsilə avtobus sürücüləri yeni svetoforların işıq siqnalları və onların hər biri üzrə nəzərdə tutulan hərəkət qaydaları ilə tanış ola bilərlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)