Nepalda 5,3 bal gücündə zəlzələ oldu

24 Noyabr 2026 09:28

Nepalın şərqində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Hindistanın şərqində də hiss olunub.

Bu barədə PTI xəbər agentliyi məlumat yayıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Nepalın şərqində, Himalay dağlarında, 10 kilometr dərinlikdə yerləşib.

Təkanlar Hindistanın Qərbi Benqal ştatının şimalında hiss olunub. Yerli sakinlər arasında təşviş yaranıb, bəzi ərazilərdə insanlar evlərini tərk ediblər.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)