Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo sıx qrafikinə baxmayaraq, pərəstişkarlarına vaxt ayırması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, ulduz futbolçu tələsməsinə rəğmən, onu görmək üçün gözləyən azarkeşlərinin istəyini geri çevirməyib. Ronaldo fanatlarının yanına gələrək onlara avtoqraf verib və bu jesti ilə sevənlərinin rəğbətini qazanıb.
Onun bu səmimi davranışı sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Lakin maraqlı məqam ondan ibarətdir ki, futbolçunun azarkeşlərlə görüşü zamanı yaşanan başqa bir epizod da müzakirələrə səbəb olub. Ronaldo Portuqaliya millisinin formasını tutan bir fanata avtoqraf təklif etsə də, gəncin yanında imza üçün qələm olmadığı üzə çıxıb. Sonradan futbolçunun digər azarkeşlərin formalarını imzaladığı görüntülər də yayılıb.
Bu anlar sosial şəbəkələrdə geniş yayılaraq futbolsevərlərin marağına səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)