Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub

23 Noyabr 2026 22:23

Şəmkirdə vəhşi heyvanlar tərəfindən parçalandığı ehtimal edilən şəxslə bağlı bəzi təfərrüat məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rayonun Ağdağlar adlanan ərazisində meyiti tapılan 1983-cü il təvəllüdlü İlqar Məmmədov Gədəbəy rayonunun Düzyurd kənd sakinidir. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Qeyd edək ki, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Ehtimal edilir ki, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)