UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi

23 Noyabr 2026 18:10

UEFA "Sabah"ın futbolçusu Eyden Makkartiyə iki oyunluq diskvalifikasiya edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. 

Buna səbəb Makkartinin turnirin 4-cü turunda Norveçdə "Vikinq"ə qarşı keçirilən görüşdə rəqib oyunçuya zərbə endirərək birbaşa qırmızı vərəqə almasıdır.

Cənubi afrikalı futbolçu "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı "Barselona" və "Vilyarreal"la oyunlarda iştirak etməyəcək.

Xatırladaq ki, "Sabah" noyabrın 25-də Bakı Olimpiya Stadionunda "Barselona"nı qəbul edəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)