Eyni gecədə dörd qadınla ailə quran ərəb gəncin toy mərasimindən çəkilən kadrlar sosial şəbəkələrdə gündəm olub.
Milli.Az xəbər verir ki, yayılan görüntülərdə bəyin üz ifadəsi və ətrafında baş verənlərə reaksiyası izləyicilərin diqqətindən yayınmayıb.
Onun mimikaları sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Qeyri-adi toy mərasimindən paylaşılan kadrlar qısa zamanda geniş yayılıb və müxtəlif rəylər alıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)