Uzun illər hərbi sahədə çalışan ehtiyatda olan polkovnik-leytenant Ələddin Məmmədovun hazırkı işi maraq doğurub.
Milli.Az xəbər verir ki, 38 ilini sərhəd qoşunlarında xidmətə həsr edən Ələddin Məmmədov hazırda "BakuBus" MMC-də sürücü kimi fəaliyyət göstərir. Onun hərbi xidmətdən sonra fərqli sahədə çalışmağa başlaması diqqət çəkib.
Polkovnik-leytenantın bu barədə açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)