Hacıqabulda faciə: Şirvan sakini kanalizasiya quyusuna düşərək öldü

23 Noyabr 2026 16:32

Hacıqabulda ölüm hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1981-ci il təvəllüdlü Namiq Babayev kanalizasiya quyusuna düşərək ölüb.

Hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)