İranda elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq oluna bilər.
Milli.Az xəbər verir ki, bu barədə İran Elektrik Enerjisinin İstehsalı və Ötürülməsi Şirkəti xəbərdarlıq edib.
Bildirilib ki, mövcud vəziyyət davam edərsə, elektrik enerjisi istehlakına məhdudiyyətlər qoyulması qaçılmaz olacaq.
Şirkətin açıqlamasına görə, müharibə şəraiti səbəbindən elektrik stansiyalarında dizel ehtiyatları azalıb. Eyni zamanda, qış aylarında məişətdə qaz istehlakının artması qarşıdakı aylarda elektrik stansiyalarının yanacaqla təminatını ötən illə müqayisədə daha da çətinləşdirəcək.
Qeyd olunub ki, növbəti dörd ay ərzində müəyyən edilmiş normadan xeyli artıq elektrik enerjisi istehlak edən yaşayış evləri, kommersiya obyektləri və ofislərin elektrik təchizatı bir neçə həftə müddətinə dayandırıla bilər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)