Faiq Ağayevin klipindəki məşhur model illər sonra üzə çıxdı (Foto-Video)

23 Noyabr 2026 15:36

Bir zamanlar yaşadığı problemlərlə diqqət çəkən model Toma bu dəfə sosial şəbəkədəki paylaşımları ilə marağa səbəb olub.

Milli.Az xəbər verir ki, model xarici ölkələrdə keçirdiyi günlərdən fotolar yayımlayaraq izləyicilərinə həyatının fərqli tərəflərini nümayiş etdirib. Onun dəbdəbəli məkanlardan və lüks həyat tərzindən əks olunan görüntüləri sosial mediada diqqət çəkib.

Xatırladaq ki, Toma Xalq artisti Faiq Ağayevin "Sən gəlməz oldun" mahnısına çəkilən klipdə rol aldıqdan sonra geniş tanınmağa başlayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)