80 yaşlı Ajda Pekkan transparan geyimi ilə diqqət çəkdi (Video)

24 Noyabr 2026 17:20

Türkiyənin əfsanəvi müğənnisi Ajda Pekkan növbəti səhnə çıxışı ilə diqqətləri üzərinə çəkib.

Milli.Az xəbər verir ki, illərdir özünəməxsus tərzi və baxımlı görünüşü ilə seçilən sənətçinin bu dəfəki geyimi də izləyicilərin marağına səbəb olub.

Onun səhnə obrazını bəyənən pərəstişkarları sosial şəbəkələrdə müsbət rəylər yazaraq ifaçıya təriflər ünvanlayıblar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)