Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?

23 Noyabr 2026 14:54

Bələdiyyə torpaqları bəzi şəxslərə pulsuz verilə bilər.

Milli.Az xəbər verir ki, bələdiyyə torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün müəyyən kateqoriyadan olan şəxslərə bir dəfə pulsuz verilə bilər.

Belə ki, pulsuz torpaq sahəsi əldə etmək hüququ olan şəxslər sırasına Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, həlak olanların ailələri, həmçinin ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular daxildir.

Müəllif: Mina Mikayılova