"Barselona"nın gənc ulduzu Lamin Yamal UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"a qarşı keçiriləcək qarşılaşmada komandasına kömək edə bilməyəcək.
Milli.Az-ın məlumatına görə, Kataloniya təmsilçisinin tibbi heyəti 18 yaşlı futbolçunun sağ topuğunda narahatlıq olduğunu müəyyənləşdirib. Klub riskə getməmək üçün Yamala istirahət vermək və onu Bakı səfərinə aparmamaq qərarına gəlib.
İspaniyalı futbolçunun noyabrın 29-da "Deportivo" ilə matça qədər yaşıl meydanlara qayıtması gözlənilir.
Xatırladaq ki, "Sabah" - "Barselona" görüşü noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)