Magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı 25.11.2026-cı il tarixində gün ərzində Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.
Milli.Az xəbər verir ki, suyun əvvəlki rejimlə verilməsi 26.11.2026-cı il səhər saatlarında bərpa olunacaq.
Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)