Ermənistanın yeni Konstitusiya layihəsinin ictimai müzakirələri 2027-ci ilin yazına qədər davam edəcək.
Milli.Az xəbər verir ki, bunu hakim "Vətəndaş müqaviləsi" fraksiyasının rəhbəri Arusyak Manavazyan brifinq zamanı bildirib.
Onun sözlərinə görə, qarşıdakı bir neçə ay ərzində layihə müzakirə, rəy və təkliflərin toplanması üçün ictimaiyyətə təqdim olunacaq.
"Qarşıdakı bir neçə ay ərzində layihə müzakirələr, rəylər və təkliflər üçün açıq olacaq. Saytda təkliflər vermək imkanı yaradılıb. Bütün vətəndaşlar bundan sərbəst istifadə edə bilərlər. Bu proses bir neçə ay, yəni yaza qədər davam edəcək", - deyə Manavazyan bildirib.
Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın 23-də dərc olunub. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürür.
Konstitusiya dəyişikliklərinin və ya referendumun təşəbbüs edilməsi üçün hakim qüvvənin parlamentdə deputatların üçdə ikisinin dəstəyini qazanması tələb olunur. 2026-cı il iyunun 7-də keçirilən seçkilərdə 49,81 faiz səs toplayan hakim "Vətəndaş müqaviləsi" konstitusion çoxluq əldə edə bilməyib. Ona daha 6 müxalif deputatın səsi lazımdır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)