Bakının Yasamal rayonunda yerləşən "Flora Baku" musiqili məkanının fəaliyyəti dayandırıla bilər.
Milli.Az xəbər verir ki, bu barədə məkanın "Instagram" səhifəsində paylaşım edilib.
Məkan sahibinin sözlərinə görə, buna səbəb qonşuluğa yeni köçən və özünü icra nümayəndələrindən birinin bacısı kimi təqdim edən qadının şikayətidir. Onlar qadının məkanı narkomaniya və əxlaqsızlıqda ittiham etdiyini bildiriblər.
Lakin məkan rəhbərliyi burada retro konsertlər, Azərbaycan musiqisi gecələri və xeyriyyə tədbirləri təşkil etdiklərini vurğulayıb.
Paylaşımda qeyd olunub ki, bu, ilk belə hal deyil. Nümayəndələrin sözlərinə görə, obyektin sökülməsi ilə bağlı onlar daha əvvəl də xəbərdarlıq alıblar.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)