Şəhriyar Əbilov: "Bu, nə idi yaşadığım? Nur içində yat"

23 Noyabr 2026 11:37

ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanın avtomobil qəzasında həyatını itirməsi sənət cameəsində böyük üzüntü ilə qarşılanıb.

Milli.Az xəbər verir ki, aparıcı faciədən cəmi bir neçə saat əvvəl ad gününü qeyd edib. Tədbirə qatılanlar arasında aparıcı Şəhriyar Əbilov da olub. O, Ada Süleymanla son görüşünü xatırlayaraq sosial şəbəkədə duyğularını bölüşüb.

Şəhriyar Əbilov paylaşımında həmin gün baş verənləri belə təsvir edib:

"Az öncə ad günündə idim, səni təbrik etdim. Sənin öz üzərində işləyib inkişaf etməyindən danışdıqdan sonra gözün doldu. Gözəl ad günü keçdi. Sonra sağollaşıb səninlə çıxıb getdim. Daha sonra isə sən avtomobil qəzasında dünyanı dəyişdin. Bu nə idi yaşadığım? Şokdayam. Nur içində yat. Allah rəhmət eləsin".

Aparıcının sözləri Ada Süleymanın qəfil vəfatından duyduğu sarsıntını bir daha göz önünə sərib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)