Melis Sezenin buz meydançasındakı geyimi – Libasını tərs geyinib? - (Video)

23 Noyabr 2026 17:10

Türkiyəli aktrisa Melis Sezenin buz meydançasında seçdiyi geyim sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, aktrisanın dərin yarıqlı qırmızı libası izləyicilərin marağına səbəb olub. Lakin müzakirələrə təkcə onun cəsarətli geyim seçimi deyil, libası yanlış geyinməsi ilə bağlı iddialar da yol açıb. Yayılan görüntülərdəki bir detal bəzi sosial media istifadəçilərində Sezenin paltarını tərs geyindiyi fikrini yaradıb.

Sözügedən kadrlar internetdə sürətlə yayılaraq müxtəlif rəylərə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)