“Diqlas”ın yerində yeni ticarət mərkəzi tikilir - (Foto)

23 Noyabr 2026 10:55

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər "Diqlas" ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzi tikilir. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, qeyd olunan ünvanda ümumi 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksi tikilir.

Tikinti işlərinə 15 may 2026-cı ildə başlanılıb. Obyektin 15 noyabr 2027-ci ildə tamamlanması nəzərdə tutulur.

Qeyd edək ki, "Diqlas" ticarət mərkəzində 26 mart 2019-cu ildə güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzinə və orada fəaliyyət göstərən sahibkarlara ciddi maddi ziyan dəyib. Ticarət mərkəzi sonradan sökülüb.

Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov