Dünyada qızılca xəstəliyinin yayılması son illərin ən yüksək səviyyəsinə çatıb. Mütəxəssislər bunun əsas səbəbləri kimi peyvəndlənmənin azalmasını, dezinformasiyanı və səhiyyə xərclərinin ixtisarını göstərirlər.
Milli.Az xəbər verir ki, "Financial Times" nəşri mütəxəssislərə istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, COVID-19 pandemiyası dövründə peyvənd proqramlarında yaranan fasilələr və əhalinin peyvənddən imtina etməsi yoluxmaların artmasına təsir göstərib.
UNICEF-in məlumatına görə, ABŞ-də bir il ərzində 5,4 mindən çox yoluxma qeydə alınıb. Bu, 1991-ci ildən bəri ən yüksək göstəricidir. Meksikada yoluxma sayı 13,9 mini ötüb, Boliviyada isə 20 ildən artıq fasilədən sonra qızılca halları aşkarlanıb.
Bundan başqa, ABŞ, Meksika və Boliviya qızılcadan azad ərazilər statusunu itirib. Daha əvvəl, 2025-ci ilin noyabrında Kanada da eyni statusdan məhrum edilib.
UNICEF-in icraçı direktoru Ketrin Rassell bildirib ki, 2000-ci ildən bəri qızılcaya qarşı peyvənd təxminən 59 milyon insanın həyatını xilas edib.
Milli.Az