Bakıda 30 yaşlı kişi binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.
Milli.Az xəbər verir ki, hadisə noyabrın 21-də saat 11 radələrində Səbail rayonu ərazisində baş verib.
Belə ki, söküntü işləri ilə əlaqədar tikinti tullantılarını daşımaq üçün əraziyə gələn yük avtomobilinin sürücüsü, 1996-cı il təvəllüdlü Xocalı rayon sakini Elvin Vitali oğlu Zeynalov binanın 3-cü mərtəbəsindən yerə yıxılıb.
O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma Səbail Rayon Prokurorluğu tərəfindən aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)