Məşhur aparıcının ölümü ilə bağlı cinayət işi açıldı

23 Noyabr 2026 09:53

Tanınmış aparıcı Ada Süleymanın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.

İş üzrə ekspertizalar təyin edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)