Vəfa Şərifova ailə qurdu – Villasında toy etdi - (Foto-Video)

23 Noyabr 2026 09:17

Müğənni Vəfa Şərifova şəxsi həyatı ilə bağlı paylaşımı ilə gündəmə gəlib.

Milli.Az-ın məlumatına görə, sənətçi ailə həyatı qurduğunu açıqlayaraq bu özəl günündən görüntüləri izləyiciləri ilə bölüşüb.

O, müğənni bağ evində yaxın dostları və ailəvi tanışlarının iştirakı ilə toy mərasimi təşkil edib. Şərifova paylaşımına "Həyatımın "hə"sini dedim" sözlərini əlavə edərək sevincini ifadə edib.

Onun bu xəbəri sənət dostları tərəfindən də maraqla qarşılanıb. Bir sıra tanınmış simalar şərhlərdə müğənniyə xoşbəxtlik və ailə səadəti arzulayıblar.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)